Məqsədimiz hepatitlər və digər yoluxucu xəstəliklər barədə xəstələri ən üst səviyyədə maarifləndirmək və hepatitlərin ölkəmizdə eliminasiyasına nail olmaqdır. Biz sizin üçün burdayıq. Yoluxucu xəstəliklərlə bağlı bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Suallarınızı cavablandıracayıq.
Dr. Mərdan Əliyev 2003`cü ildə yüksək balla (612.4) Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsinə daxil olmuşdur. Universiteti Müvəffəqiyyətlə bitirib 2009-2011`ci illərdə Yoluxucu Xəstəliklər ixtisası üzrə internatura kursu keçmiş, Türkiyədə ixtisaslaşmışdır. 2011`ci ildə Hərbi Həkim kursunu uğurla bitirib Tibb Xidməti Leytenantı dərəcəsi almışdır. 2011-2013`cü illərdə Silahlı Qüvvələrin Ön Xəttə yerləşən N saylı Hərbi Hissəsində Hərbi Həkim vəzifəsində çalışmışdır. 2013`cü ildən Şamaxı Müalicə Diaqnostika Mərkəzində, 2016`cı ildən Bakı şəhəri, Medikus Klinikasında çalışır. Ölkə daxilində və xaricində bir çox kurslarda olmuş və müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycanda virus hepatitləri o cümlədən hepatit b və hepatit c infeksion xəstəliklərini yeni, düz təsirli antiviral dərmanlarla müalicə edən ilk həkimlərdəndir. Virus Hepatitləri və digər İnfeksion Xəstəliklər sahəsində müxtəlif araşdırmalar aparır və onların müasir müayinə və müalicəsi ilə məşğul olur. Yoluxucu xəstəliklər və qaraciyər xəstəlikləri üzrə mütəxəssisdir. Türkiyə Hepatitlərlə Savaşım Dərnəyinin, Avropa Qaraciyər Araşdırmaları Birliyinin, Amerika İnfeksion Xəstəliklər Cəmiyyətinin üzvüdür.
Təhsil:
Müalicə etdiyimiz Xəstəliklər:
Faydalı Linklər:
HEPATİTLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT
Bizi Sosial Şəbəkələrdə İzləyin
ÜSTÜNLÜKLƏRİMİZ
Sağlamlığınızı peşəkarlara etibar edin
XƏSTƏLƏRİMİZİN HAQQIMIZDA DEDİKLƏRİ
Təqribən 1 il əvvəl pasientimiz olmuş Vüqar Hüseynova bizi dəyərləndirdiyi üçün təşəkkürümü bildirirəm. Bakı şəhərində bir çox həkim hepatoloqlarda olmuş ümidini itirmiş şəkildə bizə müraciət etmişdi. Mən onu tamamilə sağaldacağımı söz verdim o da söz verdi ki, sağalsa youtube videosu çəkəcək. Tamamilə sağaldı və söz verdiyi videonu çəkdi.
Video 1
Video 2