Xlamidiya infeksiyası nədir?

Xlamidiya infeksiyası ən geniş yayılmış cinsi yola yoluxan infeksion xəstəlikdir. Törədicisi Chlamidiae Trachomatis`dir. Bu mikrob yalnız insanda tapılır və insanın cinsi orqanlarında və gözündə xəstəliyə səbəb olur. Dünyada ən geniş yayılmış cinsi yolla yoluxan xəstəliklərdən biridir. ABŞ`da hər il 1 milyon insan bu infeksiyaya yoluxur.
C. Trachomatis təbii halda insan hüceyrələrində tapılır. Xlamidiya infeksiyası cinsi yolla və xəstə anadan dölə doğuş əsnasında yoluxur. Bütün qadınların təqribən yarısında xlamidiya servisiti vardır, lakin onun simptomları yoxdur və bu qadınlar onlarda xəstəlik olduğunu bilmirlər.
Kişilərdə uretrit törədir və simptomlarla gedir: Penistən ağ ifrazatın gəlməsi, sidik ifrazı ağrılı və ağrısız ola bilər. Qadınlarda yuxarı genital orqanlara yayılıb çanaq orqanlarının iltihabını törədir. Kişilərdə epididimisə yayılıb epididimit törədir.
Xlamidia infeksiyası antibiotiklərlə effektiv şəkildə müalicə oluna bilir. Lakin müalicəsiz qalarsa ciddi reproduktiv və digər sağlıq problemlərinə səbəb olur.
Xlamidiya konyuktiviti yaxud trachoma dünyada korluğun əsas səbəblərindəndir.

 

Əlamətləri və simptomları

Qadınlarda

Uşaqlıq boynunun xlamidial infeksiyası (servisit) cinsi yolla yoluxur, bu xəstəlik qadınların təqribən 50-70 %`lərində simptomsuz gedir. İnfeksiya cinsi yolla yoluxur. Əgər bu infeksiya müalicəsiz qalarsa hadisələrin təqribən yarısında çanaq orqanlarının iltihabını törədir. Çanaq orqanlarının iltihabı uterus, fallop borularının və yumurtalıqların infeksiyası üçün ümumi termindir.

Kişilərdə

xlamidiya kişilərdə yoluxucu uretrit törədir. Sidik ifrazı zamanı ağrı və göynəmə hissi, penistən axıntının gəlməsi, xayalarda şişkinlik və ağrı ola bilər.
İfrazat yaxud irinli ekssudat qonorreyaya nisbətən az yapışqanlı və daha açıq rəngli olur. Müalicəsiz qalarsa xlamidiya xayalara yayılıb epididimit o isə 6-8 həftə müalicə olunmazsa sonsuzluğa səbəb olur.
Xlamidia potensial olaraq kişilərdə prostatit törədir.
PİD (pelvic infection diseases)- çanaq orqanlarının infeksion xəstəliyi reproduktiv orqanların fibrozlaşmasına səbəb olur, o isə sonra ciddi ağırlaşmalara səbəb olur: çətin keçən hamiləlik, ektopik hamiləlik və hamiləliyin digər ciddi ağırlaşmalarına səbəb olur.
Xlamidiya `lal epidemiya` kimi tanınır. Çünki qadınların 70-80%`ində hər hansı bir simptomu müşahidə edilmir. Simptomlu hallarda vaginal qanama, vaginal axıntı, cinsi əlaqənin ağrılı olması, ağrılı sidiyə getmə və qızdırma rast gəlinə bilər.

Göz Xəstəlikləri

Gözə düşərsə xlamidiya konyuktiviti və ya traxoma adlı xəstəlik əmələ gətirir. Bu dünyada korluğun əsas səbəblərindəndir. Yeni doğulanlara doğuş sırasında yoluxa bilər.

Revmatoloji Xəstəliklər

Xlamidiya həm də reaktiv artritə səbəb olur. Xüsusilə cavan kişilərdə Reiter sindromu (Artrit, Konyuktivit və uretrit adlı simptomların triadası) əmələ gətirir. ABŞ`da hər il təqribən 15.000 kişidə xlamidiya ilə əlaqəli reaktiv artrit rast gəlinir.

Perinatal patalogiyalar

Xlamidiya infeksiyası olan hamilələr hamiləliyin gedişi və yeni doğulan üçün də xeyli risk daşıyırlar. Belə ki, xlamidiya infeksiyası spontan aborta, erkən doğuşa, yeni doğulan körpədə konyuktivitə və pnevmoniyanın inkişafına səbəb olur. Xlamidiya ilə əlaqəli konyuktivitlər körpələrdə tipik olaraq doğuşdan bir həftə sonra başlayır və korluğa gətirib çıxara bilir.

Digər patalogiyalar

Chlamidia Trachomatis həm də Lymphogranuloma Venereum (limfa düyünlərinin infeksion iltihabı) adlı patalogiya törədir. O özünü cinsi orqanlarda xoralar, qasıq limfa düyünlərinin böyüməsi, proktit, qzdırma və s. ilə göstərir.

 

Yoluxma

Xlamidiya cinsi əlaqə zamanı partnyorların birindən digərinə yoluxur. O həm də doğuş zamanı xəstə anadan yenidoğulana yoluxa bilər.

 

Diaqnoz

Ən yaxşı üsul PCR metodu ilə kişilərdə uretradan (sidik kanalından), qadınlarda serviksdən (uşaqlıq boynundan) götürülən yaxmanın müayinəsidir. PCR müayinəsinin həssaslığı 90 %, spesifikliyi 99%`dir.

 

Müalicə

Chlamidia Trachomatis infeksiyası antibiotiklərlə effektiv şəkildə bir neçə günə müalicə oluna bilir. Burada antibiotiklərin təbii ki, düzgün seçimi çox vacibdir.