HEPATIT C XƏSTƏLƏRİNƏ TÖVSİYƏLƏR

Hepatit c xəstəliyi virus mənşəli yoluxucu xəstəlikdir. Xəstələrin əksəriyyəti onlarda bu xəstəliyin olduğundan xəbərsiz olurlar. Çünki bu xəstəlik əksər hallarda simptomsuz gedir və heç bir əlaməti olur. Çox hallarda təsadüfi müayinə nəticəsində, əməliyyata hazırlıq zamanı qan analizində, qan verən zaman yoxlanarkən onlarda belə bir virusun olduğundan xəbər tuturlar. Bu vaxt xəstələr onlarda qəfil virus peyda olmasından narahat olurlar, panikaya düşürlər, qorxu və gərginlik keçirirlər. Bu hallara səbəb xəstəliyin qəfil aşkar olunması və onlarda hepatit c virusu barədə ağızdan ağıza eşidilən məlumatlardan başqa hər hansı ətraflı informasiyanın olmamasıdır. Doğrudur hepatit c virus infeksiyası qaraciyərdə zədələnmə törədib son nəticədə qaraciyər sirrozuna və qaraciyər xərçənginə gətirib çıxara bilir. Xəstələri də panikaya salan onların şifahi eşitdikləri bu məlumatdır, amma hepatit c sirroz mərhələsinə əksər hallarda ən azı 10-15 ilə gətirib çıxarır. Həmin xəstələrə verəcəyim şad xəbər budur ki, hepatit c tamamilə müalicə olunur, buna görə də ondan bu dərəcədə qorxmağa heç bir səbəb yoxdur. Beləliklə bu virus sizdə aşkar olunduqda panikləməməli, sadəcə düzgün həkimə, hepatoloqa görünməlisiniz. Bundan sonra ən münasib vaxtda müalicə planlamalısınız. Xəstəliyin müalicəsinə tez-tələsik başlamağa ehtiyac yoxdur. Ancaq müalicənin səbəbsiz ertələnmələri də düzgün deyil, çünki müalicə nə qədər tez başlanarsa qaraciyərin zədələnmə dərəcəsi də bir o qədər az olur. Hepatit c xəstəliyi barədə daha ətraflı məlumat almaq istəyənlər hepatitcmualice.com saytından oxuya bilərlər.
Əlavə sualları olanlar 050 273 93 05 telefon nömrəsi vasitəsilə İnfeksionist Hepatoloq Dr. Mərdan Əliyev ilə əlaqə saxlaya bilərlər.
Sizə Sağlamlıq Arzulayırıq!