Hepatit c və Halsızlıq

Hepatit c xəstələrinin nə üçün halsız hiss etmələrnin sadə bir izahı yoxdur. Mütəxəssislər bir sıra psixoloji və fizioloji faktorların birgə kombinasiyasının nəticəsi olduğuna inanırlar.
– Hepatit c virus mənşəli infeksion xəstəlikdir. Yəni bu xəstəliyin səbəbi hepatit c viruslarıdır. Bəzi araşdırmaçılar iddia edir ki, hepatit c xəstələrində halsızlıq onların immun sisteminin hepatit c viruslarına qarşı davamlı və uzun müddətli mübarizəsi nəticəsində əmələ gəlir. Virus immun cavab mexanizminin bir hissəsi olan sitokinləri gücləndirir bu da xəstələrdə halszlıq verir.
– Hepatit c virusları orqanizmin enerji balansını təmin edən qaraciyər hüceyrələrini zədələyir (qaraciyər qlikogeni qlukozaya və əksinə çevirməklə orqanizmi lazım olan anda enerji ilə təmin edir və enerji ehtiyyatı toplayır). Bu halda qaraciyərin qlikogeni bərpa etmə qabiliyyəti azalır. Halsızlıq irəli dərəcə qaraciyər xəstəliyi olanlarda özünü daha qabarıq biruzə verir.
Halsızlığın meydana çıxmasında rol oynayan ikinci bir orqan böyrəküstü vəzlərdir. Böyrəküstü vəzlər endokrin sistemin bir hissəsidir. O hormon balansında əsas rol oynayır. Bu vəzlər stress anında, immun cavab zamanı və digər ekstremal vəziyyətlərdə qlikokortikoid hormonları ifraz edir. Bu hormon qan şəkəri səviyyəsini, enerji balansını, qida metabolizmini və s tənzimləyir.
İnsan üçün təhlükə olan hallarda savaş və qaç mexanizmini böyrəküstü vəzlər işə salır və bu zaman adrenalin ifraz edirlər. Bu mexanizm qanın lazım olan orqanlarda (aşağı ətraf əzələləri, ürək, ağciyərlər, gözlər) toplanmasını və enerji hasil etmək üçün qaraciyərdə qlikogeni qlukozaya parçalanmasını təmin edir.
Uzun müddətli xroniki proseslər, davamlı stress, stimulantlar vasitəsilə enerji dövranının süni şəkildə pozulması, böyrəküstü vəzləri gərgin vəziyyətdə saxlayır və onun tükənməsinə gətirib çıxarır.

Hepatit c xəstəliyinin müalicəsi əksər hallarda halsızlığın da aradan qalxmasına səbəb olur.
Bundan əlavə həyat tərzinə fikir vermək, pəhrizi gözləmək, stress dərəcəsini aşağı salmaq halsızlığın aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıyır.
Aşağıdakı qidalardan imtina etmək və ya onları məhdudlaşdırmaq lazımdır:
Kofein (çay, kofe), şəkər, süni şirinləşdiricilər, yüksək fruktozalı siroplar, emal olunan qidalar, mikrodalğalı sobalarda işlənən qidalar, hidrogenləşdirilmiş yağlar.
Az şəkərli, tərkibində sağlam yağlar saxlayan qidalara və lifli qidalara üstünlük vermək lazımdır. Yağlardan təbii inək yağı, zeytun yağı, hind qozu və avokado yağı yemək məqsədə uyğundur.