Donuz qripi

Donuz qripi nədir

Donuz qripi donuzlar arasında yüksək yoluxuculuğu olan respirator virus infeksiyasıdır. Bu xəstəliyi A tipli bir neçə donuz qripi viruslarından biri olan H1N1 virusu törədir. Bu virusun donuzdan insana yoluxması nadir haldır. Lakin donuz qripi virus infeksiyası insandan insana sürətli şəkildə yayılır. Donuz qripi infeksiyası ilə yoluxmuş donuzla təmas və kontaminə olmuş ətraf mühitdən yoluxma mümkündür. Bu virus mövsümi qripdən daha sürətli yayılır ancaq öldürücülük qabiliyyəti mövsümi qripdən azdır. Donuz qripinə 6 aylıq körpələrdən 24 yaşa qədər şəxslər çox həssasdır. Daha çox bu yaş qrupunda yoluxma halı qeydə alınır. Uşaqlarda daha ağır keçir. 65 yaşdan yuxarı şəxslərdə bu virusa həssaslıq minimal səviyyədədir. Bu yaş qrupunda yoluxma çox az qeydə alınıb.

resm1

1918`ci ildə baş vermiş ispan qripi virusu ilə eynidir və ya oxşardır. O zaman bütün dünyada pandemiya baş vermiş 500 milyon insan bu virusa yoluxmuş, 50 milyon şəxs dünyasını dəyişmişdir.

Donuz qripi əlamətləri və simptomları

H1N1 qripinin əlamətləri adi mövsümi qriplə oxşardır. Xəstələrdə ən azı aşağıdakı əlamətlərdən ikisi olur.

  • Qızdırma
  • Öskürək
  • Boğaz ağrısı
  • Bədən üzərində səpkilər
  • Baş ağrıları
  • Üşütmə, halsızlıq
  • Diareya və qusma (olması mümkündür)