Herpes Virusları Nədir?

Herpes virusları insanlar arasında geniş yayılmış viruslar qrupudur. Herpesviridae ailəsinə məxsus bu viruslar müxtəlif xəstəliklərə səbəb olur və bir dəfə yoluxduqdan sonra ömür boyu orqanizmdə qalır. Sadə herpes virusları (HSV-1 və HSV-2) hər kəs tərəfindən yaxşı tanınır və 1-ci tip sadə herpes virusu ağız bölgəsində və dodaqda, 2-ci tip sadə herpes virusu isə genital nahiyədə ağrılı səpkilərə səbəb olur. Hər iki virus kontakt yolu ilə yoluxur.

Epstein-Barr Virüsü (EBV), genellikle genç yetişkinleri etkileyen ve “öpücük hastalığı” olarak da bilinen bulaşıcı mononükleoza neden olur. EBV aynı zamanda Hodgkin olmayan lenfoma gibi bazı kanser türlerine de katkıda bulunabilir.
Hamının yaxşı tanıdığı su çiçəyi xəstəliyinin törədicisi də herpes viruslarıdır. Bu 3-cü tip herpes virusu olan varicella zooster virusudur. Bu virus adətən uşaqlıq dövründə yoluxur və xüsusi səpkilərlə və qızdırma ilə müşahidə edilən su çiçəyi xəstəliyi əmələ gətirir. Ancaq digər herpes virusları kimi bədəndən çıxmır, xəstəlik sağalsa da virus sinir toxumasında gizli şəkildə qalır. İllər sonra immun sistemi zəiflədiyində kəmərləyici dəmrov xəstəliyi törədir. Bu xəstəlik ağrılı səpkilərlə müşahidə edilir.
Bu viruslar qrupunun digər nümayəndəsi – Epstein-Barr Virusu (EBV) adətən uşaqları və gəncləri xəstələndirir. Bu virus “öpüş xəstəliyi” olaraq da bilinən infeksion mononükleoz xəstəliyinə səbəb olur. Uşaqlarda angina, limfa düyünlərinin, qaraciyər və dalağın böyüməsi, qızdırma simptomları ilə gedir. EBV həmçinin Qeyri-Hodgkin limfoma kimi bəzi xərçəng növlərinə də kömək edə bilər.

Sitomegalovirus (CMV), Herpesviridae ailəsinin digər üzvüdür və dünya çapında yayılmış infeksiyadır. CMV infeksiyası adətən simptomsuz gedir. Bu infeksiya opportunistik infeksiyadır və immun sistemi zəiflədikdə inkişaf etməyə başlayır. Orqan köçürülən xəstələr, HİV xəstələrində və digər immun sistemi zəifləmiş xəstələrdə xəstəlik əmələ gətirir. Bundan başqa hamilə qadınlar bu virusa yoluxarsa anadan dölə yoluxma baş verir. Bu zaman yenidoğulmuşda karlıq və digər inkişaf pozğunluğuna səbəb olan anadangəlmə SMV infeksiyası inkişaf edir.

Herpesviridae ailəsi həm də daha az bilinən Human Herpesvirus 6 ve 7 (HHV-6, HHV-7) növlərinə də malikdir. Bunlar uşaqlarda muvafiq olaraq 6-cı və 7-ci xəstəlik törədir. Human Herpesvirus 8 (HHV-8) ise daha nadir görülür ve Kapoşi sarkoması adlı xərçəng növünə yol açır.

  • Herpes Simplex Virus Tip 1 (HSV-1): Uçuq olaraq bilinən xırda suluqcuqlu səpkilərə səbəb olur. Dodaq uçuqlaması deyilən səpkiləri bu viruslar törədir
  • Herpes Simplex Virus Tip 2 (HSV-2): Genital herpes olaraq bilinen infeksiyaya səbəb olur.
  • Varicella Zoster Virusu (VZV): Suçiçəyi və ya kəmərləyici dəmrov xəstəliklərinə səbəb olur
  • Epstein-Barr Virusu (EBV): İnfeksion Mononukleoz (“öpüş xəstəliyi” kimi də tanınır) və bəzi xərçəng növlərinə də səbəb olduğu fikirləri də var.
  • Sitomegalovirus (SMV): Xüsusən immun sistemi zəif şəxslərdə ciddi infeksiyalara səbəb olur. HİV xəstələri, hamilə qadınlar, onkoloji xəstələr, kimya terapiyası alanlar, orqan köçürməsi edənlər və s. bu virus tərəfindən xəstələnə bilərlər.
  • Human Herpesvirus 6 (HHV-6): Əsasən uşaqlarda görülən ve yüksək qızdırma daha sonra roseolyoz səpkiyə səbəb olan 6-cı xəstəlik kimi bilinən infeksiya törədir.
  • Human Herpesvirus 7 (HHV-7): HHV-6’ya bənzər şəkilde rozeola xəstəliyinə səbəb olur.
  • Human Herpesvirus 8 (HHV-8): Kapoşi sarkoması olaraq bilinən xərçəng xəstəliyinə səbəb olur.