Hepatit c mualice qiymeti

Biz hepatit c virus infeksiyasının müalicəsini dövlət qeydiyyatından keçmiş, tarif şurası ilə qiymətləri tənzimlənən, keyfiyyətli dərmanlarla aparırıq. Bu bizə həm qiymətin daha münasib olması, həm də dərmanların keyfiyyətli olması barədə təminat verir. Hepatit c virus infeksiyasının müalicə qiyməti aşağıda göstərilən xərclərdən ibarətdir.

1. Həkim konsultasiyası

Hepatit c müalicəsi üçün həkim ödənişi 50 AZN təşkil edir. Müalicə müddətində (3 ay ərzində) 1 dəfə ödənilir.


2. Analizlər

  • PCR HCV RNA Kəmiyyət – 105 AZN
  • PCR HCV RNA Genotip – 65 AZN
  • ALT, AST, ALP, GGT – 32 AZN
  • Hemogram – 15 AZN
  • Elastometriya müayinəsi (səhər acqarına olunur) – 80 AZN

3. Dərmanlar

Dərmanların 1 aylıq müalicə kursu üçün 230 AZN tutur, ümumi müalicə kursu 3 aydır.