Qızılca Xəstəliyi Niyə Yayılır?

Dünyanın bir çox ölkəsində alovlanan qızılca xəstəliyi  hansı ki, bura ölkəmiz də daxildir, dünyanın ən yoluxucu virus infeksiyalarından biridir. Xəstəlik soyuqdəymə, zökəmə bənzər simptomlarla birlikdə xarakterik qırmızı səpkilərlə özünü göstərir. Qızılca hallarının çoxu 40 dərəcə Selsiyə qədər yüksələn bədən temperaturu, öskürək, gözlərdə qızarıqlıq, ağızda ağ koplik ləkələrinin kombinasiyasına səbəb olur. İnfeksiya irəlilədikcə dəridə qırmızı xarakterik səpkilər meydana çıxır. Səpkilər əsasən dəridə böyük, düz ləkələr şəklində görünür. 

Qulaq infeksiyaları, pnevmoniya, baş beynin iltihabı olan ensefalit kimi təhlükəli ağırlaşmalara da səbəb olan qızılca xəstəliyinin letallığı inkişaf etməkdə olan ölkələrdə 5%-in üzərindədir.

Qızılca xəstəliyi tam sağaldıqdan sonra immun sistemi önəmli dərəcədə zəifləyə bilir. İmmun yaddaş hüceyrələrinin məhv edilməsi insanların əvvəl keçirdikləri və peyvənd olunduqları infeksiyalara qarşı da həssas olmasına gətirib çıxarır.

Qızılca bütün dünyada tarix boyu dəfələrlə müxtəlif coğrafiyalarda ciddi epidemiyalara səbəb olmuşdur. Qızılca xəstəliyinin ilk yayılması renesans dövrünə təsadüf edir. 1529-cu ildə Kubada, 1531-ci ildə Meksika və Mərkəzi Amerikada, 1850-ci illərdə Havay adalarında, 1875-ci ildə Ficidə baş verən qızılca epidemiyalarında milyonlarla insan bu xəstəliyin qurbanı olmuşdur. 1980-ci ildə 2.6 milyon insan qızılcadan ölmüşdür. 1855-2005-ci illər arasında isə qızılcanın bütün dünyada təxminən 200 milyon insanın ölümünə səbəb olduğu təxmin edilir.

20-ci əsrin birinci yarısında demək olar ki, bütün uşaqlar qızılcaya yoluxurdu.

Bu məlumatlar qızılca xəstəliyinin tarixdə nə qədər ölümcül olduğunu və ictimai sağlamlıq üçün nə qədər ciddi təhlükə yaratdığını göstərir.

Bu xəstəliyin viral xarakteri 1911-ci ildə sübuta yetirilib və virusu 1954-cü ildə Tomas Pibls və Con Enders təsvir ediblər. Bundan sonra qızılca vaksini ilə bağlı işlər başladılmış və John Enders və komandası tərəfindən hazırlanmış canlı zəiflədilmiş qızılca peyvəndi ilk dəfə 1963-cü ildə ABŞ-da təqdim edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə tezliklə bütün dünyada geniş şəkildə istifadə olunmağa başlayan peyvəndin geniş tətbiqi ilə qızılcaya yoluxma hallarında kəskin azalma müşahidə olundu və bununla da milyonlarla insanın həyatı xilas edildi. Peyvənd sayəsində qızılca artıq bir çox Avropa ölkələrində endemik xəstəlik deyil. Bununla belə vaksinasiya səviyyəsi aşağı olan ölkələrdə hələ də epidemiyalar baş verir. Peyvənd qızılca virusunun yaratdığı ciddi fəsadlar və ölüm riskini xeyli azaldıb. Qızılca peyvəndi 1960-cı illərin tibbi nailiyyətlərindən biri hesab olunur.

Hər hansı bir heyvan və ya ətraf mühit rezervuarının olmaması və qızılcaya qarşı peyvəndin yüksək effektiv və təhlükəsiz olması qızılca virusunun tamamilə yox edilməsi ümidlərini atırırdı. 2000-ci illərdə ABŞ və dünya buna çox yaxın idi.

2000-ci ildə Birləşmiş Ştatlarda qızılca xəstəliyinə 12 aydan artıq yoluxma hallarının olmaması bu xəstəliyin artıq aradan qaldırıldığı qənaətinə gəlinmişdir. Bu ABŞ-da yüksək effektiv peyvənd proqramı və Amerika qitəsində qızılcaya daha yaxşı nəzarət sayəsində mümkün olmuşdur.

Ancaq qızılca xəstəliyini çiçək xəstəliyi kimi tamamilə yox etmək mümkün olmadı. Peyvəndlərə qarşı sonradan istəksizlik ya da səhlənkarlıq səbəbindən növbəti illərdə dünyada qızılca xəstəliyinin sayı 30% artdı.

COVID-19 pandemiyası zamanı qızılcaya qarşı peyvəndin daha da azalması bütün dünyada qızılca hadisələrinin, ölümlərin və böyük epidemiyaların artması ilə nəticələndi.

CDC məlumatlarına görə, inkişaf etməkdə olan ölkələrdə peyvənd olunma nisbəti xeyli dərəcədə azalmışdır. Təkcə 2022-ci ildə peyvənd olunmayan 22 milyon uşağın yarısından çoxu Anqola, Braziliya, Efiopiya, Hindistan, İndoneziya, Nigeriya, Pakistan və Filippində yaşayır.

Qızılca səbəbiylə ölümlər 2021-ci ilə nisbətən 22-ci ildə bütün dünyada 43% artmışdır. Qızılca alovlanmalarının bildirildiyi ölkə sayı isə 22’den 37’ye yüksəlmişdir ki, bu da %68’lik bir artımı göstərir.

Bütün dünyada ikinci qızılca peyvəndi dozu faizi hazırda %70-dən yuxarı çıxmır. Ancaq toplulukları qızılca alovlanmalarından qorumaq üçün bu rəqəm 95%’ə çıxmalıdır.

Qızılca paramyxoviridae ailəsindəki bir virüs olan rubeola morbillivirus tərəfindən törədilir. Qızılca virusu xəstə şəxsin burnunda və boğaz mukozasında yerləşir. Virüs daşıyan şəxs öskürdüyündə, danışdığında veya nəfəs verdiyində virus havaya qarışır və digər insanlara yoluxa bilir.

Virüs uzun müddət havada qala bilir. Bəzi məlumatlara görə qızılca virüsüne sahip bir şəxsin olduğu otaqda, o şəxsin ayrılmasından sonra 2 saat boyunca qızılcaya yoluxa bilərsiniz.

Qızılca xəstəliyi o qədər yoluxucudur ki, təmasda olan hər 10 şəxsdən 9-unda xəstəlik simptomları inkişaf edir.

Digər problemdən biri də qızılcanın əsas simptomu olan səpkilərin şəxsin yoluxucu hala gəlməsindən bir neçə gün sonra ortaya çıxmasıdır. Beləliklə xəstələr xəstə olduqlarının fərqində olmadan bir neçə gün ərzində virüsü yaya bilirlər. Yoluxuculuq dönəmi, səpkilər meydana çıxmadan təxminən dörd gün öncə başlar ve səpki ortaya çıxdıqdan sonra 5 gün davam edər

5 yaş altı uşaqlar, hamilə qadınlar ve immun sistemi zəif şəxslər ciddi ağırlaşma riski altındadır.

Virusa məruz qalmış ancaq peyvənd olmamış şəxsləri qorumaq üçün təmasdan sonra peyvənd tövsiyə olunur. Şübhəli təmasdan sonra 72 saat ərzində peyvənd olunarsa qızılcanın qarşısı alına bilər. Şübhəli təmasda olmuş şəxsləri qorumanın başqa bir yolu da virusla təmasdan sonraki altı gün içinde immunoqlobulin vurmaqdır. İmmunoqlobulin qızılcaya qarşı immuniteti olan şəxslərin qanından əldə edilən antitellərdir. Peyvənd kimi immunoqlobulin də qızılcanı önləyəbilir ya da daha yüngül keçməsinə səbəb olur.

Qızılca müalicəsi olmayan xəstəliklər qrupuna daxildir.

Qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur. Bir çox insan üçün qızılcadan sağalma dönəmi simptomların yox olana qədər evdə istirahət rejiminə keçib gözləməkdən ibarətdir. Xəstələrin qızdırma zamanı itirilən mayeləri əvəz etmək üçün çoxlu maye qəbul etmələri vacibdir. Yüksək qızdırma zamanı qızdırmasalıcı dərman preparatlarından istifadə oluna bilər. Qızılca xəstəliyi zamanı A vitaminin də effektiv olduğunu bildirən bəzi çalışmalar da var. Burun tutulmasını aradan qaldırmaq və parlaq işıqların həssas gözləri qıcıqlandırma ehtimalının qarşısını almaq üçün nəmləndiricidən istifadə etmək də faydalı ola bilər.

Qızılca xəstəliyinin qarşısının alınmasının ən yaxşı yolu peyvəndləmədir. Ölkəmizdə peyvənd 1 və 6 yaşlarında vurulur. peyvənd, her iki dozu alanlar üçün %97 effektivdir ve bir doz alanlar üçün effektivlik təxminən 93 faizdir.

Qızılca səpkiləri xəstəliyin əvvəlində təzyiqə həssasdır, əllə basdıqda itir, lakin Səpkilər qulağın arxa hissəsindən və üzdən başlayır daha sonra mərhələli şəkildə boyun, döş qəfəsi, qollar və aşağı ətraflarda səpkilər müşahidə olunur.  Qızılcadan ölümlərin çoxu ikincili bakterial infeksiyalar nəticəsində baş verir. Səpki başlayandan sonra 1 və ya 2 gün ərzində qızdırma düşmürsə, fəsadların inkişaf etmə ehtimalı yüksəkdir. Qızılcanın ən çox görülən ağırlaşmaları otit media yəni orta qulaq iltihabı (7-9%), pnevmoniya (1-6%), ishal (8%) və nadir hallarda ensefalit yəni baş beynin iltihabıdır.

Xəstə şəxslər səpki başlamazdan təxminən 5 gün əvvəl yoluxucu olur və səpkilərdən 4 gün sonra yoluxuculuq itir. Qızılca 2-4 gün davam edən və intensiv öskürək ilə xarakterizə olunan prodromal fazada maksimal yoluxucu olur.

Gördüyümüz kimi qızılca xəstəliyi 2023-cü ildə birdən-birə ortaya çıxmayıb. Artıq bir neçə ildir bunun dünyada artmasının şahidi oluruq. Bu gün isə bizim ölkədə də qızılca alovlanmaları görürük. Son günlər qızılca xəstəliyi ilə bağlı tez-tez xəstələnmə və ölüm halları eşidirik. Buna görə qızılca ilə bağlı bir video hazırlamaq qərarına gəldim. Ümid edirəm ki, faydalı oldu. Təşəkkür edirəm. Hələlik.