Sağlam qidalanma, sağlam qaraciyər, sağlam orqanizm

eat-180826_1920

Qaraciyər orqanizmdə ən çox funksiya yerinə yetirən və ən böyük orqandır. Bizim orqanizmimizin vəziyyəti qaraciyərin sağlamlıq dərəcəsindən asılıdır. Qaraciyər birbaşa qidalanma ilə bağlı orqandır. Buna görə bizim qaraciyərimizin sağlamlığı nə yediyimizdən asılıdır. Qaraciyərimizin ağrı verməməsinin səbəbi onda ağrı reseptorlarının olmamasıdır. Əgər belə olmasaydı biz hər alkoqol içərkən, hər zərərli qida qəbul edərkən sağ qabırğa altında ağrı hiss edərdik. Modern insanın qəbul etdiyi qida təbiilikdən uzaq olduğu üçün hazırda qaraciyər yağlanması (steatohepatit) çox geniş yayılmışdır. Qaraciyər yağlanması qaraciyər hüceyrələrinin (hepatositlərin) zədələnməsinin nəticəsidir və onun funksiyasının azalmasına səbəb olur.
Qaraciyərimizin piylənməsinin səbəbləri balanslaşdırılmamış qidalanma yəni, həddən artıq yağlı və karbohidratlarla zəngin qidalarla qidalanma, normadan artıq yemək, şirniyyat çox istifadə etmək, süni qidalanmalar – şirin içkilər, energetik içkilər, təbii olmayan və tərkibində müxtəlif qida əlavələri olan içkilər və qidalardır.
Qaraciyər piylənməsinin səbəbləri:

  • Köklük
  • Alkoqol
  • Hepatit bhepatit c
  • Uzun müddət istifadə edilən bəzi dərmanlar (vərəm əleyhinə və psixotrop dərmanlar)
  • Qeyri təbii qidalanma

Nə etməli?

  • Alkoqoldan imtina edin
  • Çox yeməkdən imtina edin
  • Çox yağlı, şəkərli, duzlu qidalar yeməyin
  • Tərkibində qızardılmış ət, kartof, yağ saxlayan qidalardan, o cümlədən fast food və dönərdən uzaq durun.
  • Göyərti, meyvə, tərəvəz, ət, lobya, süd və yağın qidanızda balanslaşdırılmış şəkildə olmasına diqqət edin.
  • Lifli qidalar yeyin (meyvə, tərəvəz, dənli bitkilər) – bu qidalar qaraciyərinizin optimal səviyyədə işləməsini təmin edəcək.
  • Suyu çox için – bu sizi dehidratasiyadan (susuzlaşmadan) qoruyur və qaraciyərin ən yaxşı fəaliyyətini təmin edir.

 

Məqaləni yazan

Dr. Mərdan Əliyev

İnfeksionist Hepatoloq

(050) 273-93-05