YOLUXUCU XƏSTƏLİKLƏR Genel Splenomeqaliya-dalaq böyüməsi

Splenomeqaliya-dalaq böyüməsi

İnfeksion xəstəliklərlə yaxından əlaqəli olan orqanlardan biri dalaqdır. Ən böyük ikincili limfoid orqandır. Dalaq bir çox infeksion xəstəliklərdə böyüyür. Dalağın çəkisinin və ölçülərinin böyüməsi elmi dildə splenomeqaliya adlanır. Dalaq müxtəlif aktiv funksiyalar göstərməklə yanaşı immun nəzarət funksiyası yerinə yetirir və homatopoezdə (qan yaranma prosesində) iştirak edir. Qarın boşluğunun sol yuxarı kvadratında 9-12 qabırğa səviyyələrində yerləşən dalağın normal çəkisi 150 qram, uzunluğu 11 sm olur. Dalağın çəkisinin 400-500 g olması splenomeqaliya (dalağın böyüməsi) sayılır, çəkisi 1000 g`dan artıq olarsa ciddi splenomeqaliya adlanır. Dalaq ölçüləri 11-20 sm olarsa orta dərəcəli böyümə, 20 sm`dən böyük olarsa kəskin böyümə adlanır.
Antigenlər, patogenlər və sirkulyasiya edən hüceyrələr dalaq arteriyasından dalağa daxil olur. Dalaq arteriyası mərkəzi arteriolalara şaxələnir, sonuncular dalağın matriksinə daxil olur. Yad maddələr burada immun heceyrələr tərəfindən zərərsizləşdirilir.
Dalaq bir sıra infeksion xəstəliklər zamanı böyüyür. Bruselyoz, malyariya, toksoplazmoz və s. xəstəliklərdə qaraciyər və dalaq böyüyür, virus hepatitləri zamanı dalaq birbaşa böyüməsə də hepatit bhepatit c virus infeksiyalarının səbəb olduğu qaraciyər sirrozu zamanı dalaq böyüyür.
Bundan başqa dalaq qeyri infeksion xəstəliklərdə də böyüyə bilər. Bir sıra qan xəstəliklərində (talassemiya, hemolitik anemiya) dalaq böyüməsi rast gəlinir.
Bəzən normal funksiya yerinə yetirərkən də dalaq böyüyür. Dalağın aşağıdakı dörd əsas funksiyası var.

  • Mikrorqanizmləri və antigenləri qan dövranından təmizləyir
  • İmmunoglobulin G (İgG), properdin (complementin aktivləşmə yolunun əsas komponenti), tuftsin (immunostimuləedici tetrapeptid) sintez edir
  • Anormal qırmızı qan hüceyrələrini kənarlaşdırır
  • Müxtəlif xəstəliklər zamanı extramedulyar hematopoezdə (qan yaranma prosesində) iştirak edir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Related Post

Palma yağıPalma yağı

Palma yağı dünyada ən geniş yayılmış yağ hesab olunur. Palma yağı istehsal həcminə görə dünyada ilk yerdə indoneziya ikinci yerdə Malayziya gəlir. Bu iki ölkə dünya palma yağının 85%`ini təmin

QARACİYƏR YAĞLANMASIQARACİYƏR YAĞLANMASI

QARACIYƏR YAĞLANMASI NƏDİR? Buna qaraciyərin steatozu (steato-yunanca yağlanma), qaraciyərin piy distrofiyası, piylənməsi, piy hepatozu, piy infiltrasiyası da deyilir. Əsas morfoloji əlaməti hepatositlərin (qaraciyər hüceyrələri) sitoplazmalarında piy damlalarının meydana çıxmasıdır. Hüceyrə